Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.
Nəşrin məlumatına görə, bu il ərzində fondun ianələrinin bir çoxunu müəyyən səbəblərdən yenidən kölgədə saxlamağa üstünlük verilib.
“Beləliklə, 2021-2022-ci illərdə birdəfəlik 300 min və 5 min dollar məbləğində iki anonim dollar köçürməsi olub. 9 anonim pul köçürməsi olub, ümumilikdə 109 milyon 636 min 468 dram təşkil edib. Anonim ianələrə gəlincə, xatırladaq ki, Paşinyan hökumətinin hazırkı təmsilçiləri, hakim partiyadan olan deputatlar Lena Nazaryan və baş nazirin aparat rəhbəri Arayik Harutyunyan anonim məbləğləri köçürən şəxslərin kim olduğunu öyrənmək üçün illər əvvəl “İrəvan” fondunu məhkəməyə vermişdilər. Bu gün faktiki olaraq eyni səlahiyyətli şəxslər üçün “vəziyyət dəyişib” və Baş nazirin həyat yoldaşının fonduna on minlərlə dollar məbləğində anonim köçürmələr etməkdə qeyri-adi heç nə görmürlər. Ancaq reallıq o da ola bilər ki, Paşinyan-iş adamları münasibətləri və ya “dil tapmaq” sirri anonim ianə adı altında gizlənir”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az