Ermənistan parlamentinin sədri Moskvaya yola düşəcək

2021/10/l-0x0-1634118151.jpg
Oxunub: 204     10:52     02 Dekabr 2022    
Dekabrın 4-6-da Moskvada KTMT Parlament Assambleyası Şurasının 15-ci plenar iclasında Ermənistan parlamentinin sədri Alen Simonyanın rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edəcək.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Nəşr qeyd edib ki, Simonyan MDB ölkələrinin və KTMT parlamentlərarası assambleyasının daimi nümayəndə heyətlərinin rəhbəridir.

“Hakop Arşakyan, Andranik Köçəryan və “Şərəfim var” fraksiyasından olan Tiqran Abrahamyan da gedəcək. “Hayastan” fraksiyasından olan Geğam Manukyan növbəti ezamiyyətə getdiyi üçün getməkdən imtina edib. Parlament aparatından 8 nəfər olacaq. Ötən il Moskvada Simonyan görüşün İrəvanda keçirilməsini təklif edib, niyə qəbul olunmayıb? Parlamentin mətbuat xidmətindən bildiriblər: “2019-cu ildə İrəvanda Parlament Assambleyasının və KTMT Şurasının plenar iclası, bu il iyunun 6-da isə KTMT PA Şurasının iclası da keçirildiyi üçün onun Moskvada keçirilməsi qərara alınıb””, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Simonyan   Moskva  


Bizi "telegram"da izləyin