Tokio, London və Roma gələn həftə birgə qırıcı təyyarə hazırlayacaqlarını elan edə bilərlər

2021/03/Tempe-1616996571.jpg
Oxunub: 419     08:22     02 Dekabr 2022    
Yaponiya, Böyük Britaniya və İtaliyanın hakimiyyət orqanları yeni nəsil qırıcının birgə hazırlanmasına dair razılaşmanı gələn həftə elan edə bilər.

Ordu.az xəbər verir ki, bu barədə cümə günü mənbələrə istinadən "Reuters" agentliyi məlumat yayıb.

Məlumata əsasən, beləliklə, Yaponiya ilk dəfə olaraq ABŞ-ı cəlb etmədən böyük bir müdafiə layihəsi ilə məşğul olacaq. Öz növbəsində Böyük Britaniya tərəfinin qırıcının hazırlanmasında iştirakı Londonun Asiya regionunda əhəmiyyətini artıra bilər.

Qeyd edilir ki, layihədə aparıcı rol Yaponiyanın "Mitsubishi Heavy Industries" və Böyük Britaniyanın "BAE Systems" şirkətlərinə həvalə olunacaq.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: HHQ   Britaniya   İtaliya   Yaponiya  


Bizi "telegram"da izləyin