Makron Putinlə təhlükəsizlik məsələlərində dialoqu davam etdirməyi planlaşdırır

2021/04/5ef3b-1619461856.jpg
Oxunub: 209     04:20     02 Dekabr 2022    
Fransa Prezidenti Emmanuel Makron yaxın gələcəkdə Rusiya Prezidenti Vladimir Putinlə təhlükəsizlik məsələlərini müzakirə etməyi planlaşdırdığını bildirib.

Ordu.az xəbər verir ki, E.Makron bu barədə cümə axşamı Ağ Evdə mətbuat konfransı zamanı jurnalistlərə açıqlamasında deyib.

"Mən Prezident Vladimir Putinlə danışmağa davam edəcəyəm. Biz daim eskalasiyanın qarşısını almağa və konkret nəticələr əldə etməyə çalışırıq, ona görə də mən onunla atom elektrik stansiyalarının, o cümlədən Zaporojyenin təhlükəsizliyi barədə danışacağam. Son bir neçə ay ərzində biz Çernobıl AES-də işləyirik, bu mühüm işi cənab Rafael Qrossi və AEBA həyata keçirir", - deyə Fransa Prezidenti bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Makron   Putin  


Bizi "telegram"da izləyin