Bölgədə hər hansı bir terror təşkilatının mövcudluğu və fəaliyyəti qəbuledilməzdir - Türkiyə MTŞ

2022/09/1664377377.jpg
Oxunub: 366     01:32     02 Dekabr 2022    
Türkiyənin cənub sərhədlərində həyata keçirilən əməliyyatların yeganə hədəfi terror təşkilatlarıdır. Bölgədə hər hansı terror təşkilatının mövcudluğu və fəaliyyəti qəbuledilməzdir.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Təhlükəsizlik Şurasının iclasından sonra yaydığı bəyanatında deyilir.

"Böyük millətimizin və unikal ölkəmizin müdafiəsinin və təhlükəsizliyinin təmin edilməsi məqsədilə sərhədlərimizə, şəhərlərimizə, vətəndaşlarımıza, təhlükəsizlik qüvvələrimizə qarşı yönəlmiş hər hansı terror təşkilatının mövcudluğu və fəaliyyəti qəbuledilməzdir. BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən cənub sərhədlərimizdə həyata keçirilən əməliyyatların yeganə məqsədi terror təşkilatlarıdır. Bu məqsədlərə çatmaq üçün bütün lazımi addımlar atılacaqdır", - deyə bəyanatda bildirilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   MTŞ  


Bizi "telegram"da izləyin