Koreya Respublikası KXDR-ə qarşı sanksiya tətbiq edib

2018/10/thumb-1539174766.jpg
Oxunub: 248     07:25     02 Dekabr 2022    
Cənubi Koreya hökuməti Şimali Koreyanın nüvə proqramına məsul 8 şəxsə sanksiya tərbiq etməyə qərar verib.

Ordu.az xəbər verir ki, bu barədə məlumat ölkənin Xarici İşlər Nazirliyinin saytında yerləşdirilib.

Bildirilir ki, raket sınaqlarına cavab tıədbiri olaraq KXDR-in 7 hüquqi və 8 fiziki şəxsinin adları əlavə sanksiyalar siyahısına salınıb. Bu artıq Seulun tətbiq etdiyi ikinci saynksiyadır. Oktyabrda 15 fiziki və 16 hüquqi şəxs qara siyahıya alınmışdı.

Qeyd edək ki, bir müddət əvvəl Yaponiya KXDR-dən olan yüzdən çox fiziki və hüquqi şəxsə sanksiya tətbiq edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Koreya   KXDR  


Bizi "telegram"da izləyin