Azərbaycan-Rumıniya ikitərəfli strateji tərəfdaşlığının prioritet istiqamətləri müzakirə edilib

2022/12/c6da5-3339831180.jpg
Oxunub: 301     21:21     01 Dekabr 2022    
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Polşanın Lodz şəhərində keçirilən Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının 29-cu iclasında iştirakı çərçivəsində Rumıniyanın xarici işlər naziri Boqdan Auresku ilə görüşüb, iki ölkə arasında ikitərəfli strateji tərəfdaşlığının prioritet istiqamətlərini müzakirə edib.

Ordu.az xəbər verir ki, görüşdə energetika, nəqliyyat, tranzit, iqtisadi-ticarət və s. istiqamətlərdə, habelə çoxtərəfli platformalarda əməkdaşlıq məsələləri ətraflı müzakirə edilib. Ölkələrimiz arasında artan yüksək səviyyəli səfərlər və siyasi dialoqdan məmnunluq ifadə olunub.

Ceyhun Bayramov, həmkarına post-münaqişə dövründə bölgədə cari vəziyyət, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesi, habelə sülh sazişinin hazırlanması istiqamətində Azərbaycan tərəfindən atılan addımlar barədə məlumat verib. Nazir, mövcud mina təhlükəsini, bunun yaratdığı ciddi humanitar fəsadları diqqətə çatdırıb.

Nazir Auresku bu il Azərbaycan və Rumıniya arasında strateji tərəfdaşlığın böyük əhəmiyyət kəsb etdiyini, energetika və enerji təhlükəsizliyi sahəsində praktiki əməkdaşlığın daha da inkişaf etməsinin vacib olduğunu qeyd edib.

Görüşdə, eyni zamanda qarşılıqlı maraq doğuran digər məsələlər və regional təhlükəsizlik vəziyyəti müzakirə olunub.



Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Rumıniya  


Bizi "telegram"da izləyin