Makron: “Ukraynadakı münaqişənin həlli üçün danışıqlar hələ də mümkündür”

2022/11/62a9b-1668877356.jpg
Oxunub: 362     20:12     01 Dekabr 2022    
Ukrayna böhranının həlli üçün danışıqlar hələ də mümkündür və sülh müqaviləsi münaqişənin hər iki tərəfinə uyğun olmalıdır.

Ordu.az xəbər verir ki, bu fikirləri Fransa Prezidenti Emmanuel Makron ABC telekanalına müsahibəsində bildirib.

“Danışıqlar masasına qayıdıb nəyisə razılaşdırmaq mümkündürmü? Məncə, bu, hələ də mümkündür”, - o deyib.

“Yaxşı sülh başqaları tərəfindən Ukraynaya veriləcək sülh deyil. Yaxşı sülh orta və uzunmüddətli perspektivdə tərəflərdən birinin imtina edəcəyi sülh deyil”, - E.Makron əlavə edib.

Qeyd edək ki, Fransanın dövlət başçısı bu gündən ABŞ-da dövlət səfərindədir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Makron   Ukrayna  


Bizi "telegram"da izləyin