Rumıniya Azərbaycan və Ermənistanı münasibətlərin normallaşdırılması üçün səylərini davam etdirməyə çağırıb

2022/02/1645970551.jpg
Oxunub: 266     18:23     01 Dekabr 2022    
“Rumıniya Azərbaycan və Ermənistanı həll edilməmiş məsələlərin hərtərəfli həlli üçün Avropa İttifaqının (Aİ) dəstəyi ilə diplomatik əməkdaşlığı davam etdirməyə çağırıb”.

Ordu.az xəbər verir ki, bunu Rumıniyanın xarici işlər naziri Boqdan Auresku ATƏT-in Nazirlər Şurasının Polşada keçirilən iclasında deyib.

“Azərbaycan və Ermənistan liderləri arasında Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin köməyi ilə aparılan məhsuldar danışıqları, eləcə də müzakirələr zamanı əldə olunmuş nəticələri alqışlayırıq”, - o vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rumıniya   Azərbaycan   Ermənistan  


Bizi "telegram"da izləyin