Azərbaycan XİN rəhbəri Polşada hansı çətin problemi həll etməlidir? – BAXIŞ BUCAĞI

2022/12/1669896100.jpg
Oxunub: 559     16:00     01 Dekabr 2022    
ATƏT-in Polşada keçiriləcək nazirlər konfransının gündəliyində Ukrayna müharibəsinin üstünlük təşkil edəcəyi məlumdur. Buna görə ehtimal ki, Ermənistan və Azərbaycan arasındakı vəziyyət nəzərəçarpacaq dərəcədə diqqət mərkəzində olmayacaq. Nazirlərin görüşündə iştirak edən Azərbaycan xarici işlər naziri çətin problemi həll etməlidir: Ukrayna müharibəsinə yönəlmiş diqqəti mümkün qədər Qafqaza, Ermənistan-Azərbaycan münaqişəsinə, Ermənistanın təxribatlarına və nəticədə Qafqazda sabitliyin pozulma rikisnə çəkməlidir.

Təbii ki, ATƏT və onun artıq öz dövrünü başa vuran Minsk Qrupunun Ermənistan-Azərbaycan arasında münasibətlərin normallaşmasına töfhəsi demək olar ki, sıfır səviyyəsindədir. Minsk Qrupunun fəaliyyətsizliyi nəticəsində Qafqazda şiddətli müharibə baş verdi. Ermənistan Minsk Qrupunun həmsədrliyi ilə aparılan danışıqların prinsiplərini ayaqlar altına saldı.

Azərbaycan ATƏT-ə üzv ölkələrin bir çoxunun bütün bunların nəticəsində yaranmış humanitar və iqtisadi problemlərin həllinə minimal da olsa, kömək etməsinə görə minnətdardır, lakin təşkilatın üzvləri öz qərarlarına sədaqətlə yanaşsalar, daha məsuliyyətli və səmərəli nəticələr əldə etmək olardı.

İndi ATƏT ölkələrinin qarşısında duran əsas vəzifə budur ki, təşkilat Ermənistanı sülhə məcbur etməli, yeni təxribatlardan və Qafqazda sabitliyi pozacaq addımlardan çəkindirməlidir.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Polşa   XİN  


Bizi "telegram"da izləyin