ABŞ Ermənistan-Azərbaycan sərhədinin tez bir zamanda demarkasiyası üçün nə etməlidir?

2022/12/44-1669895196.jpg
Oxunub: 269     17:20     01 Dekabr 2022    
“Məqsədimiz sadədir: biz istərdik ki, sərhəd mümkün qədər tez delimitasiya olunsun, biz istərdik ki, iki tərəf arasında sülh sazişi mümkün qədər tez imzalansın, regiona sülh və sabitlik qayıtsın, bu regionda yaşayan bütün adamların insan hüquqlarına və təhlükəsizliyinə riayət edilsin və biz Cənubi Qafqazın tarixində yeni səhifə aça bilək”.

Bunu ABŞ-ın ATƏT-dəki nümayəndəsi Maykl Karpenter bildirib.

Noyabrın 30-da Polşada ATƏT-in nazirlərinin konfransı işə başlayıb. Azərbaycan, Türkiyə, Ermənistan və digər üzv ölkələrin xarici işlər nazirləri həmin tədbirdə iştirak etmək üçün Polşaya gedib. Məlum olduğu kimi, Polşa Rusiyanın xarici işlər naziri Sergey Lavrovun konfransda iştirakına icazə verməyib.

ABŞ-ın Ermənistan-Azərbaycan sərhədinin tez bir zamanda demarkasiya edilməsini və sülh sazişini tezliklə görmək istəməsi alqışlanır. Ancaq buna necə nail olmaq olar? ATƏT-in nazirlər forumu bu məsələni müzakirə etməli idi. Təşkilatın yaratdığı Minsk Qrupu de-fakto fəaliyyətini dayandırıb. Həmin mandatın həyata keçirilməsinə və yaradılmasına cavabdeh olan tərəflər öz öhdəliklərini effektiv şəkildə yerinə yetirmədi. Qarabağ münaqişəsi güc yolu ilə həll olundu. İndi bu təşkilat tərəflər arasında sülh bağlamağa, sərhədlərin demarkasiya edilməsinə dəstək verməli, Ermənstanı təxribatlardan çəkindirməlidir.

Demarkasiyanı ən qısa müddətdə yaxınlaşdıracaq kifayət qədər sadə bir formula var. Ermənistanı və onu həvəsləndirən Fransa və Rusiya kimi ölkələri, İranı təxribatlardan çəkindirmək lazımdır. Üç ölkənin addımları tərəflər arasında sülhü gecikdirir. Sərhədlərin demarkasiya edilməməsi gələcək müharibələr üçün əsas ola bilər. Bu müharibələrin əsas səbəbkarları isə qeyd olunan ölkələr olacaq.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Demarkasiya   Polşa  


Bizi "telegram"da izləyin