Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin rəsmi saytında məlumat yayılıb.
Qeyd olunub ki, XİN rəhbərlərinin görüşü Polşanın Lodz şəhərində keçirilən ATƏT-in Nazirlər Şurasının 29-cu iclası çərçivəsində baş tutub.
Görüş zamanı ölkələrarası münasibətlər, Azərbaycan-Ermənistan və Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması məsələləri müzakirə edilib.
Ordu.az