Ermənistanda təyyarə qəzasında Rusiya vətəndaşları ölüb - YENİLƏNİB

2022/12/2e35c-1669894329.jpg
Oxunub: 1225     16:55     01 Dekabr 2022    
Ermənistanda B55 təyyarəsinin qəzaya uğraması zamanı 2 Rusiya vətəndaşı həlak olub.

Ordu.az Ermənistan Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə yerindən meyiti tapılan pilotların Rusiya vətəndaşı olduqları müəyyənləşib.

Xatırladaq ki, qəza bu gün Kotayk vilayətində qeydə alınıb.


***
Ermənistanda yüngül mühərrikli B55 təyyarəsi qəzaya uğrayıb.

Ordu.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Hadisə yerinə yanğınsöndürənlər, tibbi işçiləri gəliblər.

Ərazidə 2 meyit taplıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Qəza  


Bizi "telegram"da izləyin