“Ermənistan ardıcıl olacaq ki, Tavuş vilayətinin 4 kəndinin əraziləri “geri qaytarılsın”” – Paşinyanın səfirindən cəfəng açıqlama

2019/05/edmon-1557490950.jpg
Oxunub: 5800     15:55     01 Dekabr 2022    
“Dövlət sərhədinin mövcudluğunu qeydə alaraq biz dəfələrlə bildirmişik ki, Ermənistanın Tavuş vilayətinin bir sıra kəndlərinin əkin sahələri - Berkaber kəndinin əkin sahəsinin 70 faizi və Crambarın xeyli hissəsi, Paravakar kəndinin əkin sahəsinin 70 faizə yaxını, Ayqehovit və Vazaşen kəndlərinin əkin sahəsi 90-cı illərdən indiyədək Azərbaycan tərəfindən tutulub”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan deyib.

Onun sözlərinə görə, guya Ermənistan ardıcıl olacaq ki, adıçəkilən ərazilər də “geri qaytarılsın”.

“Söylənənləri ümumiləşdirərək vurğulamalıyam, burada əsas məsələ ondan ibarətdir ki, Azərbaycan Ermənistanın nəzarətində olan Azərbaycan ərazilərini təqdim etməyə cəhd edilən bütün hallarda bizim dəqiq sərhədimizin olduğunu iddia edə bilməz”, - deyə Marukyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Azərbayan  


Bizi "telegram"da izləyin