Ordu.az xəbər verir ki, bunu erməni ictimai xadim Eduard Zorikyan deyib.
Onun sözlərinə görə, planet öz həyatını davam etdirəcək, Rusiya nə edəcəyini düşünməlidir.
““Qırmızı xətlər” çəkmək düzgün deyil. Heç nə gözləmədiyimiz hərbi struktura niyə qoşuluruq? Bizim qurban verəcəyimiz gəncliyimiz yoxdur. Bizim regionda əcnəbinin olmasını təmin edəcək gəncliyimiz yoxdur. Ermənistanı Rusiyanın strateji müttəfiqi adlandırmaq dəhşətli biabırçılıqdır”, - deyə Zorikyan qeyd edib.
Zorikyan hesab edir ki, Ermənistanın sərhəd qoşunları və öhdəliklərini yerinə yetirəcək strateji müttəfiqi olmalıdır.
Alpər Mövludoğlu
Ordu.az