“Past”: Biz dəfələrlə uzun sürən sərhəd gərginliyi nəticəsində sonda nələrin baş verdiyini görmüşük

2022/12/79-1669882567.jpg
Oxunub: 429     16:40     01 Dekabr 2022    
Azərbaycan media vasitəsilə Qarabağda xüsusi əməliyyat keçirmək mövzusunu tirajlayır.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri yazıb.

Nəşrə görə, bu çərçivədə belə bir məsələ yaranır ki, erməni tərəfi Laçın dəhlizindən hərbi məqsədlər üçün istifadə edir.

“Azərbaycanlılar ermənilərin Laçın dəhlizindən minaları yerləşdirmək üçün istifadə etdiyini beynəlxalq ictimaiyyətə nümayiş etdirirlər. Beləliklə, faktiki olaraq Azərbaycan Laçın dəhlizinin bağlanmasına şərait yaratmağı planlaşdırır. Eyni zamanda, Azərbaycan növbəti dəfə Ermənistana qarşı yeni hərbi əməliyyat üçün zəmin hazırlayır. Atəşkəs rejiminin pozulması nəticəsində yaralananlar da var. Və biz dəfələrlə uzun sürən sərhəd gərginliyi nəticəsində sonda nələrin baş verdiyini görmüşük. Aydındır ki, bu cür davranış həm də beynəlxalq ictimaiyyətin səhlənkarlığının nəticəsidir. Konkret olaraq bu, Qərbin, xüsusən də Avropanın mövqeyinə işarə edir. Sentyabrın 12-də hərbi əməliyyatların dayandırılmasında Qərb dövlətlərinin rolunun vacibliyi müzakirə olunurdusa, indi belə görünür ki, eyni dövlətlər Azərbaycana kart-blanş verirlər. Aİ atəşkəs rejiminin pozulmasını qeydə almaq üçün iki ay ərzində Ermənistan sərhədinə onlarla müşahidəçi göndərib. Bununla belə, son nəticədə həmin müşahidəçilərin pozuntunu qeydə almaq və ya bu pozuntuları qanuniləşdirmək üçün orada olub-olmaması qeyri-müəyyən olaraq qalır. Son vaxtlar Aİ heç bir açıqlama verməyib, üstəlik də Azərbaycana qarşı sanksiyaların tətbiqindən söhbət gedə bilməz”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qarabağ   Ermənistan  


Bizi "telegram"da izləyin