“Putin dünyada Qarabağın doğma Azərbaycan ərazisi olduğunu deyən yeganə liderdir” - Çakryan

2022/10/99-14-1665569381.jpg
Oxunub: 685     16:58     01 Dekabr 2022    
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycan-Türkiyə-Türkmənistan sammiti çərçivəsində 5 sənədin imzalanmasının planlaşdırıldığını açıqlayıb.

O, hazırda üç ölkənin sammitə hazırlaşdığını da bildirib.

Çavuşoğlunun sözlərinə görə, sammit ərəfəsində Azərbaycan, Türkiyə və Türkmənistanın xarici işlər nazirləri, eləcə də energetika nazirləri arasında görüş keçiriləcək. Dekabrın əvvəlində Aşqabadda Azərbaycan-Türkiyə-Türkmənistan sammiti keçiriləcək.

Həmçinin ötən həftə Qazaxıstan, Türkiyə və Azərbaycanın xarici işlər və nəqliyyat nazirləri Aktauda görüş keçiriblər. Gürcüstan nümayəndələri də görüşdə iştirak ediblər.

Erməni türkşünas Hakop Çakryanın sözlərinə görə, bu əməkdaşlıq Ermənistan üçün müsbət ola bilməz, amma birbaşa təsiri də olmayacaq.

“Bizim “suverenliyimiz”, “müstəqilliyimiz”, üstəlik də “ərazi bütövlüyümüz” pozulub. Bütün bunları bərpa etmək və yeni problemlərlə üzləşməmək üçün biz Rusiya ilə münasibətləri kökündən nəzərdən keçirməliyik, diqqətli olmalıyıq. Bu da çox çətindir. Əslində, mən Paşinyanı tənqid edirəm ki, mütəmadi olaraq Putinə təşəkkür edir, amma o, əslində çox ağır miras alıb. Ondan əvvəlki bütün rəhbərlər özlərini elə aparırdılar ki, sanki Ermənistan Rusiyanın müstəmləkəsidir”, - deyə o qeyd edib.

Çakryan bildirib ki, 1991-ci ildən Ermənistan prezidentləri hansısa müstəmləkənin lideri kimi çıxış ediblər.

“Biz “öz suverenliyimizi və ərazi bütövlüyümüzü” bərpa etməyənə qədər heç bir milli problemi həll edə bilmərik. Problemi həll edirsən, Putin ora gedib Azərbaycanı tərifləyir, mən Soçidəki üçtərəfli görüşü nəzərdə tuturam. O, açılış nitqi ilə çıxış etdi, Qarabağ münaqişəsi ilə bağlı Rusiyanın mövqeyini düzgün qiymətləndirdiyinə, Cənubi Qafqazda sülhün möhkəmləndirilməsi baxımından Rusiya sülhməramlılarının oynadığı rolu yüksək qiymətləndirdiyinə görə İlham Əliyevə təşəkkür etdi. Təbii ki, İlham Əliyev də Putinə təşəkkür etdi. Onlar erməni kəndlərini boşaldan, sonra isə Azərbaycana təhvil verən sülhməramlı qüvvələrdir”, - deyə erməni türkşünas vurğulayıb.

Çakryan bildirib ki, Putin dünyada Qarabağın doğma Azərbaycan ərazisi olduğunu deyən yeganə liderdir.

Onun sözlərinə görə, yuxarıda qeyd olunan üçtərəfli əməkdaşlıq Ermənistan təhlükəlidir.

“Türkiyə 1991-ci ildən bizim əleyhimizə işləyir, Azərbaycanla birbaşa quru əlaqəsi yaratmaq Türkiyənin çoxdankı arzusudur, Gənc Türklər hələ 1918-1920-ci illərdə bunu xəyal edirdilər. Ona görə də bizim prioritetimiz Rusiyanın müdaxiləsini məhdudlaşdırmaq olmalıdır. KTMT-yə münasibət dəyişib, amma praktiki olaraq heç nə edilməyib. Zas kimi əclaf Ermənistana gəlir, sonra həyasız bəyanatlar verir. Biz buna imkan verməməliyik. KTMT-nin nizamnaməsi guya elədir ki, Ermənistan-Azərbaycan məsələsinə qarışmağa imkan vermir, amma ikitərəfli qarşılıqlı yardım müqaviləsində belə bir şey yoxdur, onlar müdaxilə etməlidirlər. Bəs onlar nə etdilər, Azərbaycanı silahlandırdılar, Azərbaycana Ermənistan qoşunlarının yerləşməsi, mövqeləri barədə məlumatlar veriblər”, - deyə o əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Ermənistan   Qarabağ  


Bizi "telegram"da izləyin