İsrail əsgərləri yürüş zamanı erməni arxiyepiskopa tüpürüblər

2022/12/AP429-1669882227.jpg
Oxunub: 1915     16:00     01 Dekabr 2022    
İsrail Müdafiə Qüvvələrinin “Qivati” briqadasının əsgərləri bu ayın əvvəlində Qüds yaxınlığında yürüş zamanı erməni arxiyepiskopa və digər zəvvarlara tüpürməkdə şübhəli bilinirlər.

Ordu.az xəbər verir ki, bu barədə İsrailin “Haaretz” nəşri məlumat yayıb.

Məlumata görə, iki hərbçi polis tərəfindən saxlanılıb, ümumilikdə üç nəfər isə İsrail Müdafiə Qüvvələri tərəfindən dindirilib. İki əsgər davranışına görə intizam cəzasına məhkum ediləcək.

Kilsə rəsmiləri bildiriblər ki, noyabrın 7-də Qüds Erməni Apostol Patriarxlığının din xadimi, arxiyepiskop Sevan Qaribyan digər yüksək vəzifəli şəxslərlə birlikdə Müqəddəs Xaçı qeyd etmək üçün xaricdən gələn zəvvarların da iştirak etdiyi yürüşə rəhbərlik edib.

Parad İlahi Qəbir kilsəsindən başlayıb və bazar meydanına çataraq bir neçə “Qivati” əsgərinin yanından keçib, onlardan bəziləri iştirakçılara və daşıdıqları xaça tüpürüblər.

Qüds Erməni Patriarxlığının nümayəndəsi Koryun Bağdasaryan “Haaretz”ə bildirib ki, kilsə əvvəllər Qüdsdə dindar yəhudilər tərəfindən belə davranışla üzləşsə də, ilk dəfədir əsgərlər onlara, oradakı çarmıxa və keşişlərə tüpürürlər.

“Onlar orada dayanıb xaça və xristianlığa nifrətlərini ifadə edirdilər”. - deyə Bağdasaryan qeyd edib.

Yürüşü müşayiət edən İsrail polisi iki əsgəri həbs edib, onlardan biri sorğu-sual edildikdən sonra sərbəst buraxılıb. Məlumatda bildirilir ki, əsgərlərdən biri zəvvarlara deyil, yalnız yerə tüpürdüyünü iddia edib.

Kilsə nümayəndələri polisə şikayət edib və hadisənin ertəsi günü onlar ifadə verməyə çağırılıb.

“Haaretz” bildirir ki, polisin araşdırması hələ də davam edir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Ermənistan  


Bizi "telegram"da izləyin