“Past”: Ermənistan Müdafiə naziri Paşinyana təyin edilən müavinləri ələ salır

2021/11/56777-1637402834.jpg
Oxunub: 394     19:45     01 Dekabr 2022    
Uzun müddətdir ki, kütləvi informasiya vasitələrində Nikol Paşinyanın Suren Papikyan və Tiqran Avinyanla münasibətlərinin rəvan olmadığı barədə məlumatlar dolaşır.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri yazıb.

Nəşr qeyd edib ki, artıq Paşinyanın onları bir neçə dəfə danladığı haqda məlumatlar var.

“Yeri gəlmişkən, hadisələr o qədər də əhəmiyyətli olmayıb. Hakim partiyada olan mənbələrimizin bildirdiyinə görə, belə bir fikir formalaşıb ki, “itin başı”nı başqa yerdə axtarmaq lazımdır, bəlkə də səbəb komanda daxilindəki “mütilovkalar”dır. Həmçinin mümkündür ki, səbəb Paşinyanın daim azalan reytinq “indikatorları”ndan fərqli olaraq, Papikyan və Avinyanın reytinqinin artmasıdır. Artıq Paşinyanın istefası gözlənildiyi halda onun yerinə əsas namizəd kimi möhkəmlənmək istəyən Avinyanla Papikyan arasındakı daxili rəqabətə toxunmuşuq. Görünən odur ki, Paşinyan çevik siyasətçi olduğu üçün bütün bunları göz ardı edə bilməz və ola bilsin ki, kəskin inamsızlıq onu hakim partiyanın idarəsinin sədri seçilməyə məcbur edib. Ötən gün Paşinyan hazırda özünün ən sadiq adamlarından sayılan Vahaqn Aleksanyan və Gevorq Papoyanı partiyadakı müavinləri təyin edib. Yeri gəlmişkən, hakim partiyada bir çox insanlar, xüsusən də Suren Papikyan bu təyinatı sadəcə təbəssümlə qəbul ediblər. Yeri gəlmişkən, hakim partiyada olan mənbəmiz bildirir ki, Papikyan və Avinyan hətta özlərinin və yaxın adamlarının fəaliyyətini, gəlirlərini və s. yoxlamalar formasında onlara müəyyən təzyiqləri istisna etmirlər”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Paşinyan  


Bizi "telegram"da izləyin