Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.
Qeyd olunub ki, yalnız Masis Melkonyan hökumət formasının saxlanmasının əleyhinə səs verib, Tiqran Yeqoryan bitərəf qalıb, digərləri isə lehinə olub.
“Bu o deməkdir ki, 2015-ci il konstitusiya dəyişiklikləri ilə Serj Sarkisyan üçün “tikilmiş kostyum” Nikol Paşinyanın xoşuna gəlib. Edmon Marukyan, Daniel İoannisyan, Artur Sakunts, Qriqor Minasyan və başqalarının daxil olduğu konstitusiya islahatı komissiyası həmin “kostyum”un uzunömürlülüyünün lehinə səs verib. Sonra vacib olmayan bir neçə maddəyə dəyişiklik edəcəklər. Məsələn, prezidentə bir-iki prosessual səlahiyyət veriləcək, bu da o deməkdir ki, konstitusiya dəyişikliyi vədi ictimai müqaviməti zəiflətmək üçün növbəti şar idi”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az