Ermənistanda Türkiyə vətəndaşı 9 ay müddətinə azadlıqdan məhrum edilib

2022/12/hayas-1669881978.jpg
Oxunub: 287     15:05     01 Dekabr 2022    
Ermənistanın dövlət sərhədini keçən Türkiyə vətəndaşı 9 ay müddətinə azadlıqdan məhrum edilib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri yazıb.

Qeyd olunur ki, 8 yanvar 2022-ci il tarixində saat 18:54 radələrində Türkiyə vətəndaşı Atay Bilal Ermənistanın sərhəd-keçid məntəqələrindən yan keçib, Ermənistan-Türkiyə sərhədində Araz çayını ayaqla keçib və Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin Ermənistanndakı sərhədçiləri tərəfindən mühafizə olunan ərazidə mühəndis səddini aşıb, müəyyən edilmiş sənədlər və müvafiq icazə olmadan Türkiyə tərəfdən Ermənistana daxil olub, Ermənistanda Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin sərhədçiləri tərəfindən tutulub.

Ona qarşı Ermənistanın keçmiş Cinayət Prosessual Məcəlləsinin 329-cu maddəsinin 1-ci hissəsi ilə ittiham irəli sürülüb.

Ağrı və Dərələyəz Ümumi Yurisdiksiya Məhkəməsi Türkiyə vətəndaşına 9 ay həbs cəzası verib, yanvarın 8-i həbsin başlanğıcı hesab edilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Ermənistan  


Bizi "telegram"da izləyin