Ordu.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.
Qeyd olunub ki, 13 aprel 2022-ci il tarixində saat 00:59 radələrində İrəvan şəhərinin 59 yaşlı sakini özünə məxsus “Renault” markalı taksi minik avtomobili ilə bulaqdan su götürmək məqsədilə İrəvan şəhərinin Maştots prospekti ilə M. Xorenatsi küçələrinin kəsişməsinə yaxınlaşıb.
Bildirilib ki, şəxs qeyd olunan yerdə Leonid Azqaldyanın abidəsini görüb, yerdən çəkic götürərək abidəyə yaxınlaşıb, Leonid Azqaldyanın portreti olan abidənin burnuna zərbə vuraraq onu sındırıb, daha sonra qaçıb, 3.500.000 dram dəyərində maddi ziyan vurub.
Vurğulanıb ki, 59 yaşlı kişiyə qarşı Ermənistan Cinayət Məcəlləsinin 264-cü maddəsinin 1-ci hissəsi ilə ittiham irəli sürülüb. İstintaq başa çatıb. Nəzarəti həyata keçirən prokuror ittiham aktını təsdiqləyib və işin materialları məhkəməyə göndərilib.
Alpər Mövludoğlu
Ordu.az