“Paşinyan inandırmağa çalışır ki, Qarabağ çoxdan Azərbaycanın bir hissəsi kimi tanınıb” - Tevanyan

2020/05/fdf-1589628129.jpg
Oxunub: 344     16:22     01 Dekabr 2022    
“Fransa Senatının qətnaməsi Paşinyanın beynəlxalq ictimaiyyətin “Qarabağın statusu” çubuğunu aşağı salmaq tələbindən bəhs edən iddiasını alt-üst edib”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentinin “Hayastan” fraksiyasının deputatı Andranik Tevanyan deyib.

Onun sözlərinə görə, Fransa qanunverici orqanı Qarabağın Azərbaycan tərkibinə daxil edilməsinin “yolverilməzliyi”ni elan edib.

“Məğlubiyyətinə haqq qazandırmaq üçün Paşinyan inandırmağa çalışır ki, Qarabağ çoxdan Azərbaycanın bir hissəsi kimi tanınıb. Üstəlik, o, Ermənistanın müstəqillik bəyannaməsinə qarşı kampaniya aparır və yeni bəyannamənin qəbul edilməsinin tərəfdarıdır ki, orada “soyqırımı” və Qarabağ məsələsindən bəhs edilməyəcək”, - deyə Tevanyan yekunlaşdırıb.

Alpər Mövludoğlu
Ordu.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   Qarabağ  


Bizi "telegram"da izləyin