İranda su qıtlığının əsas səbəbi nədir? – Teokratik rejim hər yeri qurudur (ANALİZ)

2022/11/1669796474.jpg
Oxunub: 1651     16:20     30 Noyabr 2022    
Son illərdə İranın su qıtlığı olan bir sıra bölgələrində, o cümlədən İsfahan, Fars və Xuzistanda qıtlığın artması səbəbindən kütləvi su etirazları baş verib. Bu etirazlar hiperduzlu Urmiya gölünün kiçilməsi kimi gərginliyin digər əhəmiyyətli səbəbləri ilə birlikdə media orqanlarında öz əksini tapıb. Əhəmiyyətli məqam odur ki, etirazlar ölkənin siyasi və idarəçilik sektorundan təcrid olunmuş şəkildə baş verməyib. Bütün bunlar İranda su iflası kimi tanınan su böhranından sonrakı mərhələyə gətirib çıxaran proseslər zəncirinin nəticələridir. Su iflasının hazırkı vəziyyətinə bir neçə amil kömək edib:

1. Qeyri-səmərəli kənd təsərrüfatı sektoru
2. Yaylaların və meşələrin həddindən artıq otarılması
3. Hökumət daxilində maraqlı tərəflərin çoxluğu
4. 1980-1990- ı illərdə əhalinin yüksək artım templəri
5. Effektiv və səmərəli su qiymət siyasətinin olmaması
6. Yeraltı su ehtiyatlarının aqressiv şəkildə həddən artıq çıxarılması
7. Təhsilsiz maraqlı tərəflər
8. Proaktiv idarəetmə paradiqmasının olmaması
9. Katalizator kimi iqlim dəyişikliyi və s


Bununla belə, yuxarıda qeyd olunan amillər mövcud idarəetmə sisteminin nəticələridir, əsas səbəblər deyil. İranda su ehtiyatlarında nəzərəçarpacaq ekoloji dəyişiklikləri və geri dönməz proseslər müşahidə edilir, bu da onlardan bəzilərinin əvvəlki vəziyyətlərinə qayıtmasını mümkünsüz edib. Bunlara qrunt sularının həddindən artıq istismarı, göllərin və çayların quruması, geniş meşələrin qırılması, böyük şəhərlərdə havanın intensiv çirklənməsi, quraqlığın səbəb olduğu toz fırtınaları və daşqınlar daxildir, lakin bunlarla məhdudlaşmır. İranın ətraf mühitinin və suyunun vəziyyətində əhəmiyyətli dəyişikliklər olduğu üçün əsas sualın həllinə ehtiyac var: ölkənin su sektorunda uyğunlaşma və dayanıqlığı yaxşılaşdırmaq üçün İranın hazırkı idarəetmə yanaşmasını dəyişməyə əsaslı ehtiyac varmı?

İran su iflası ilə üz-üzədir, burada sistemə qoyulan tələblər ölkənin mövcud su ehtiyatlarını üstələyir, deməli, icmaların və maraqlı tərəflərin gözləntiləri yerinə yetirilə bilməz. Bu problemin aradan qaldırılması İrandan su ehtiyatlarının yeni vəziyyətinə (suyun iflası səbəbindən güclənmiş) uyğunlaşmaq və su sistemlərində hər hansı əhəmiyyətli rejim dəyişikliyindən əvvəl dayanıqlığı artırmaqla su istehlakını azaltmağa diqqət yetirməyi tələb edəcək. Bunun əksinə olaraq, yerüstü və yeraltı su ehtiyatlarının artırılmasına əsaslanan mövcud idarəetmə sistemi ölkənin problemlərini həll etməyəcək. Üstəlik, çətin ki, İrandakı mövcud idarəetmə sistemi vasitəsilə uyğunlaşa bilən və dayanıqlı bir sistemin inkişaf etdirilməsi mümkün olsun. Əslində, biz mövcud problemlərlə mübarizə üçün mövcud idarəetmə sistemindən istifadə edə bilmərik, çünki elə həmin sistem ilk növbədə həmin problemlərə “səbəb olub” .

İranın su iflasının əsas drayveri su ehtiyatlarının davamlı idarə olunması üçün lazımi struktur komponentlərin olmamasıdır. İranın hazırkı su idarəetmə sistemindəki çatışmazlıqlara görə və dünya miqyasında digər oxşar halları nəzərə alaraq, idarəetmənin təkmilləşdirilməsi üçün aşağıdakı beş üsul su iflasının təsirlərini azaltmağa və su ehtiyatlarının mövcud vəziyyətinə uyğunlaşmanı yaxşılaşdırmağa kömək edə bilər:

1. Demokratik sistemin qurulması yolu ilə suyun demokratik bölüşdürülməsi
2. İdeoloji olmayan siyasi sistem
3. Mərkəzləşdirilməmiş siyasi idarəetmə
4. Su sektorunda strukturlar arasında əhəmiyyətli maraqların toqquşmasının aradan qaldırılması
5. Şaxələnmiş iqtisadiyyat


Demokratik sistem ictimaiyyətin və maraqlı tərəflərin su ehtiyatları ilə bağlı qərarların qəbulunda iştirakını gücləndirir və müstəqil məhkəmə sistemi vasitəsilə şəffaflığı artıra bilər. Xarici və daxili səviyyələrdə ideoloji hökumət siyasətlərinin qəbul edilməsi İranın siyasət prioritetlərini davamlı və adaptiv inkişafdan idealist və ideoloji məqsədlərə çevirib. Ona görə də qeyri-ideoloji siyasət quruculuğu prosesinin qəbul edilməsi ilkin və əsas tələblərdən biri sayıla bilər.

Təklif olunan üçüncü idarəetmə təkmilləşdirilməsi yerli maraqlı tərəflərin maraqları əsasında rəqabət aparan su istifadəçilərini idarə etmək üçün bir əldə mərkəzləşdirilməmiş və çoxmərkəzli inzibati strukturun təşviqi ola bilər.

İranda Ətraf Mühit Departamenti, Energetika Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və bəzi hərbi qüvvələr (məsələn, İslam İnqilabı Keşikçiləri Korpusu və ya SEPAH kimi) arasında rəqabətlər, maraqların və məsuliyyətlərin toqquşması və paralel qərarların qəbulu suyun idarə edilməsində böyük maneələr yaradıb.

Bölgənin su böhranında ilk növbədə İran hakimiyyəti günahkar olsa da, vəziyyətin gərginləşməsində iqlim dəyişikliyinin rolunu da nəzərdən qaçırmaq olmaz. İranın qarşıdakı onilliklərdə daha uzun quraqlıq dövrləri, daşqınların tezliyi və maksimum gündəlik hava istiliyinin daha uzun müddətlərini yaşayacağı ehtimal edilir.

İranın su böhranının əsas səbəbləri yerli səviyyədə düzgün idarə olunmaması, səlahiyyətli orqanlar tərəfindən qeyri-adekvat qərarların qəbulu, rejimə qarşı tətbiq edilən beynəlxalq sanksiyalar, iqlim dəyişikliyi deyil, hazırkı siyasi rejimin ölkədə yaratdığı mövcud siyasi quruluşdur.

Sevinc Əliyeva  
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Teokratiya   Su-qıtlığı  


Bizi "telegram"da izləyin