Almaniya hava məkanını qorumaq üçün Polşaya “Eurofighter” döyüş təyyarələri və “Patriot” HHM sistemi ilə dəstək verməyi təklif edib. Bunun üzərinə rəsmi Varşava Polşa əvəzinə Ukraynaya “Patriot”ların göndərilməsini təklif edib.
Polşanın baş naziri Mateusz Moravieski jurnalistlərə verdiyi açıqlamada Almaniyanın Ukraynaya “Patriot” sistemləri vermədiyi təqdirdə ölkəsinin bunu qəbul edə biləcəyini bildirib.
Almaniyanın müdafiə naziri Kristin Lambrext Polşanın hava hücumundan müdafiəsi üçün təklif etdikləri “Patriot” sistemlərinin NATO regionunun hava hücumundan müdafiə sisteminin bir hissəsi olduğunu bildirib.
Sevinc Əliyeva
Ordu.az