Ordu.az xəbər verir ki, gəmi haqqında məlumatlar Türkiyə Hərbi Dəniz Qüvvələrinin saytından silinib.
2000-ci illərdə “D'Estienne d'Orves” sinfi adı ilə Fransadan alınan korvetin silahlanmadan çıxarılması ilə Türkiyə Hərbi Dəniz Qüvvələrində fəaliyyət göstərən “Burak” sinif korvetlərin sayı 5-ə düşüb. Ötən illərdə bəzi “Burak” sinif gəmiləri modernizasiya prosesindən keçib və köhnəlmiş sistemlər yerli sistemlərlə əvəz edilib. Bu kontekstdə “TCG Bartın” (F-504) və “TCG Beykoz” (F-503) gəmiləri ROKETSAN istehsalı olan L-UMTAS tank əleyhinə raketlərlə təchiz edilib.
Dəniz Patrul Gəmisinin (ADKG) inventara girməyə başlaması ilə “Burak” sinifli korvetlərin sayının azalmağa davam edəcəyi təxmin edilir. “Burak” korvetləri gövdə baxımından möhkəm olsalar da, elektronika, mühərrik və salon həcmi baxımından müasir tələblərə cavab vermir.
Sevinc Əliyeva
Ordu.az