ABŞ bu həftə yeni strateji bombardmançı təyyarəsini təqdim edəcək

2022/11/b-21--1669784714.jpg
Oxunub: 639     02:25     30 Noyabr 2022    
ABŞ dekabrın 2-də yeni "B-21 Raider" strateji bombardmançı təyyarəsini təqdim edəcək.

Ordu.az xəbər verir ki, bu barədə Pentaqonun təmsilçisi Patrik Rayder keçirdiyi brifinqdə bildirib.

"Müdafiə naziri Lloyd Ostin Kaliforniya ştatının Palmdale şəhərində "B-21 Raider" strateji bombardmançısının buraxılışında iştirak edəcək", - Rayder deyib.

Bundan əvvəl "19FortyFive" hərbi portalı "B-21 Raider"in nüvə qabiliyyətinə malik olduğunu və beləliklə, ölkənin nüvə triadasında mühüm rol oynayacağını yazıb.

Bildirilir ki, B-21 Hərbi Hava Qüvvələrinə düşmən hava məkanında olarkən dəqiq zərbələr endirməyə imkan verəcək.

Bombardmançının ilk uçuşu 2023-cü ilin əvvəlinə planlaşdırılır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   B-21  


Bizi "telegram"da izləyin