Türkiyə istehsalı “Kirpi” zirehli maşını Ukraynada minaya düşüb

2022/11/KIRPI-1669718967.jpg
Oxunub: 588     14:55     29 Noyabr 2022    
Ukrayna Ordusunun istifadə etdiyi Türkiyə istehsalı olan “Kirpi” zirehli maşını döyüş meydanında minaya düşüb.

Ordu.az xəbər verir ki, avtomobilə zərər dəysə də, zireh şəxsi heyəti qoruyub.

Türkiyə Silahlı Qüvvələrinin fəal şəkildə istifadə etdiyi “Kirpi” tipli maşınlar ötən həftələrdə Ukrayna Ordusunun istifadəsinə verilib. Ukrayna Ordusunun cəbhə xəttində geniş istifadə etdiyi 50-yə yaxın “Kirpi” maşını çox sayda əsgərin həyatını xilas edib.

Son olaraq sosial mediada əks olunan görüntülərdə Ukrayna ordusunun istifadə etdiyi “Kirpi” markalı texnikanın mina partlaması nəticəsində ön hissəsinin zədələndiyi və təkərinin çıxdığı görülüb.

Avqust ayında Ukraynaya göndərilən “Kirpi” tipli texnikaların Şərq bölgəsinə göndəriləcəyi və onların uzaqdan idarə olunan silah sistemləri ilə təchiz ediləcəyi açıqlanıb. Şərq bölgəsinə göndərilən, lakin hələ də uzaqdan idarə olunan silah sistemi əlavə olunmayan maşınların qüllələrinə 12,7 mm-lik zenit topları inteqrasiya edilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Ukrayna   Kirpi  


Bizi "telegram"da izləyin