Böyük Britaniya rəsmisi: “Avstraliya nüvə sualtı qayıqları ilə təhlükəsizliyə zəmanət verəcək”

2022/11/Ingil-1669718939.jpg
Oxunub: 350     17:46     30 Noyabr 2022    
Keçən il ABŞ, Avstraliya və Böyük Britaniya “AUKUS” adlı təhlükəsizlik paktı yaradıblar. AUKUS Paktı yaradıldıqdan sonra Avstraliya illər əvvəl Fransa ilə imzaladığı 90 milyard dollarlıq sualtı gəmi layihəsini ləğv edib. Avstraliya bu nüvə sualtı qayıqlarını ABŞ və Böyük Britaniya ilə birlikdə istehsal edəcəyini açıqlayıb.

Ordu.az xəbər verir ki, Britaniyanın Hind-Sakit okean üzrə dövlət katibi Anne-Mari Trevelya AUKUS müqaviləsi ilə bağlı açıqlama verib.

Bunun “maraqlı layihə” olacağını deyən Trevelya, 8 nüvə enerjisi ilə işləyən sualtı qayığın Avstraliyaya çatdırılması üçün 3 ölkənin yaxından çalışacağını bildirib.

Plana əsasən, Britaniya Avstraliyaya nüvə reaktoru texnologiyası ilə bağlı yardım edəcək. Sualtı qayıqlar Avstraliyada inşa olunacaq.

Avstraliya hökumətinin müvəqqəti həll yolu kimi nəzərdən keçirdiyi digər variant isə inventarda olan altı “Collins” sinifli sualtı qayığın ömrünü uzatmaq olacaq. Digər variant Britaniya hökumətindən hazır sualtı qayıqların alınmasıdır.

Avstraliya dünyadakı uran ehtiyatlarının təxminən 33%-nə sahib olsa da, nüvə enerjisinə keçən ölkə deyil. Avstraliya uzun illərdir yerli ictimaiyyətdə mübahisələrə səbəb olan nüvə enerjisinə keçidlə bağlı yekun qərarını verib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya   ABŞ  


Bizi "telegram"da izləyin