NATO hava hücumundan müdafiə təlimi keçirib

2022/11/1669718665.jpg
Oxunub: 270     15:50     29 Noyabr 2022    
Noyabrın 23-də NATO-nun hava hücumundan müdafiə təlimi keçirilib.

Ordu.az xəbər verir ki, təlimdə SAMP/T hava hücumundan müdafiə sistemi döyüş təyyarələrinin hava hücumunu dəf edib.

2022-ci ilin may ayında Rumıniyada yerləşdirilən MAMBA (SAMP/T) sistemi NATO-nun İnteqrasiya edilmiş Hava Hücumundan və Raket Əleyhinə Müdafiə (IAMD) sistemini gücləndirir.

Türkiyə F-16-ları, NATO-nun Bolqarıstandakı missiyasında yerləşdirilmiş İspaniyanın “Eurofighter” döyüş təyyarələri, ABŞ-ın E/A-18G “Growler” döyüş təyyarələri və Fransa Hərbi Dəniz Qüvvələrinə məxsus “Charles De Gaulle” aviadaşıyıcı gəmisindən qalxan “Rafale” döyüş təyyarələri də təlimdə iştirak edib.

“Biz Rusiyanın Ukraynaya qarşı müharibəsinə cavab olaraq Alyansın şərq hissəsində çəkindirmə və müdafiə gücümüzü gücləndirməyə davam edirik. Buraya daha çox döyüş və müşahidə təyyarələri, daha çox hava hücumundan müdafiə sistemləri ilə hava hücumundan müdafiəmizi əhəmiyyətli dərəcədə artırmaq daxildir. Bu kimi təlimlər NATO qüvvələrinə birgə hərəkət etməyə və istənilən istiqamətdən gələn təhdidlərə cavab verməyə hazır olmağa imkan verir”, - deyə NATO sözçüsü Oana Lunqesku bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: SAMP/T   NATO  


Bizi "telegram"da izləyin