Ordu.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.
Şirkət artıq İsveç donanması üçün SIGINT (Siqnal Kəşfiyyatı) gəmisi inşa edib və bu gəmi hazırda dəniz sınaqlarını həyata keçirir.
Polşanın dəniz siqnal kəşfiyyatı imkanlarını artırmaq üçün “Saab” ilə müqavilə imzalanıb. Müqavilə 2 gəminin dizaynını, istehsalını və texniki dəstəyini əhatə edir.
Ümumi sifariş dəyəri təqribən 620 milyon avro təşkil edir, tədarüklər 2027-ci ilə planlaşdırılıb.
SIGINT gəmisi dəniz kəşfiyyatı imkanlarının bütün spektri üzrə kəşfiyyat məlumatlarının əldə edilməsini dəstəkləmək üçün istifadə olunur.
Sevinc Əliyeva
Ordu.az