O, Ermənistanın baş naziri ilə münasibətləri “işlək” adlandırıb, Nikol Paşinyanla görüşdüyünü və bir sıra problemləri müzakirə etdiyini bildirib. Ruben Vardanyan deyib ki, Ermənistanın maraqları Qarabağın (qondarama qurum – red.) maraqları ilə tam üst-üstə düşməyə bilər.
Bu fikir əvvəllər də səsləndirilib. Ancaq bu dəfə Moskvanın xüsusi missiya ilə Qarabağa göndərdiyi şəxs tərəfindən səsləndirilməsi onu daha unikal edir.
Qarabağ müharibəsindən sonra yaranan yeni “status kvo”da Rusiya Qarabağdakı separatçılardan öz məqsədləri üçün istifadə edir və bununla həm də Ermənistana zərbə vurur. Bu mənada həqiqətən separatçılarla Ermənistan hökumətinin maraqları üst-üstə düşməyə bilər.
Separatçıların son günlərdə Azərbaycan ordusunun mövqelərini atəşə tutması da Vardanyanın “təyinatı” ilə əlaqədardır. Görünür, Vardanyanın maraqlarının üst-üstə düşdüyü yeganə qüvvə Rusiyadır.
Aqil Məmmədov
Ordu.az