KİV: NATO Ukraynaya “MiQ-29” və ya “F-16” qırıcıları verməyi nəzərdən keçirir

2022/09/1663775202.jpg
Oxunub: 364     14:37     29 Noyabr 2022    
"NATO ölkələri Ukraynaya “MiQ-29” və ya “F-16” qırıcıları verməyi nəzərdən keçirir".

Ordu.az "Blomberq"ə istinadən xəbər verir ki, bunu NATO-dakı ABŞ Müttəfiq Qüvvələrinin keçmiş ali baş komandanı, istefada olan admiral Ceyms Stavridis deyib.

Onun sözlərinə görə, Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı işğalının əvvəlində NATO ölkələrinin Ukraynanı “MiQ-29” və ya “F-16” qırıcıları ilə təmin etməsi ideyasından imtina edilib: “Lakin indi hava məkanında Ukraynanın üstünlüyünün təmin edilməsi üçün yenidən bu ideya nəzərdən keçirilir”.

NATO-nun Baş katibi Yens Stoltenberq isə bildirib ki, Alyans Ukraynaya əlavə yardım ayırmaq niyyətindədir.

O bildirib ki, Rusiyanın endirdiyi raket zərbələri nəticəsində Ukraynaya ciddi ziyan dəyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NATO   Rusiya  


Bizi "telegram"da izləyin