Mövlud Çavuşoğlu NATO ölkələrinə çağırış edib: “Türkiyənin yanında olmalısınız”

2022/09/62580-1664183276.jpg
Oxunub: 210     14:29     29 Noyabr 2022    
“Ukraynadakı müharibə nəticəsində yaranan qida və enerji böhranı zəif nöqtələrimizi göstərdi”.

Ordu.az xəbər verir ki, bunu Türkiyənn xarici işlər naziri Mövlud Çavuşoğlu noyabrın 29-da NATO Xarici İşlər Nazirləri Şurasının Rumıniyanın paytaxtı Buxarestdə keçirilən iclasında deyib.

O bildirib ki, təhdidlərə kollektiv formada reaksiya verilməlidir: “Müttəfiqlər, həmçinin terrorla mübarizədə Türkiyənin yanında olmalıdır”.

M.Çavuşoğlunun sözlərinə görə, Türkiyə Ukraynanı dəstəkləməyə davam edir: “Ədalətli sülhə nail olmağa çalışırıq. "Taxıl sazişi", əsir mübadiləsi, həmçinin tərəflərin görüşünə ev sahibliyi etməyimiz təşəbbüslərimizin təzahürüdür".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   NATO  


Bizi "telegram"da izləyin