İlham Əliyev konfransa deyib ki, İranda Azərbaycan dili sadəcə məişət səviyyəsində qalır.
“Biz İran məktəblərində Azərbaycan dilində tədris məsələsini ona görə qaldırırıq ki, əks təqdirdə, ana dilində danışan İran azərbaycanlıları dilin ədəbi komponentini itirirlər və Azərbaycan dili sadəcə məişət səviyyəsində qalır”, - deyə Prezident qeyd edib.
İran ermənisi olan siyasi şərhçi Shak Şahmuradyanın sözlərinə görə, İlham Əliyev deyib ki, İranda məktəblərdə rus və erməni dili tədris olunur, amma məktəbdə Azərbaycan dili tədris olunmur.
“İlham Əliyevin İrana qarşı bəyanatları yeni hadisə deyil. İlham Əliyevin bu anti-İran davranışı İran mətbuatında və ekspert dairələrində ciddi müzakirələrə və müxtəlif şərhlərə səbəb olub”, - deyə Şahmuradyan qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az