Ordu.az xəbər verir ki, bunu erməni siyasi xadim Arman Melikyan Brüsseldə Azərbaycan və Ermənistan dövlət rəhbərlərinin görüşünün baş tutmayacağı məsələsini şərh edərkən deyib.
Onun sözlərinə görə, ola bilsin ki, bu yaxınlarda frankofon dövlətlərinin sammiti çərçivəsində Paşinyan-Makron görüşü zamanı bu barədə ikitərəfli razılaşma əldə olunub.
“Rusiyalı politoloq-təbliğatçıların Azərbaycan kütləvi informasiya vasitələrinə şərhlərində Fransanın ermənipərəst olduğunu vurğulayaraq sonuncunun regionumuzda müharibə aparmağa hazırlaşdığını və ermənilərə dəstək verdiyini iddia etmələrinə də diqqət yetirilməlidir. Fransanın Azərbaycanın təbii sərvətlərini ələ keçirmək istədiyi bildirilir. Başqa sözlə, bölgədə vəziyyətin müxtəlif tərəflərdən qaynar saxlanması üçün səylər göstərilir və bu, sülhün təmin edilməsində hüquqi və siyasi vasitələrdən daha çox güc tətbiqi praktikasının üstünlük təşkil edəcəyi deməkdir. İrəvan çox diqqətli, ehtiyatlı olmalı və eyni zamanda, tez hərəkətə keçmək bacarığını nümayiş etdirməlidir”, - deyə Melikyan qeyd edib.
Melikyan bildirib ki, Ermənistan-Türkiyə münasibətlərinin nizamlanması İrəvan-Bakı münasibətlərində mümkün irəliləyişlə bağlı olacaq.
Alpər Mövludoğlu
Ordu.az