Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentinin “Hayastan” fraksiyasının rəhbəri, ölkənin sabiq müdafiə naziri Seyran Ohanyan deyib.
Onun sözlərinə görə, ya həmin sənəd sammitdə ümumiyyətlə təqdim edilməməli idi, ya da təqdim olunubsa, imzalanmalı idi.
“KTMT-də belə bir təcrübə, ənənə var ki, struktura sədrlik edən ölkə və ən azı yekun sammitlərin keçirildiyi ölkədə həmin ölkə üçün əlverişli sənədlər qəbul edilir. Belə olan halda sənədlər qəbul olunmayıb, bu isə o deməkdir ki, Ermənistanın hakimiyyət nümayəndələrinə məhəl qoyulmur. Sən hakimiyyətə gəlib hamı ilə, o cümlədən qonşularınla münasibətləri korlayırsan, KTMT-yə rəhbərlik edən zaman bu strukturun baş katibini həbs etməyə çalışırsan və cinayət işi açırsan. Bu, sənin daxil olduğun struktura dövlətin münasibətindən xəbər verir. KTMT-nin güc tətbiqi məsələlərində regionumuza gətirilməsi gələcəkdə ciddi münaqişəyə səbəb ola bilər”, - deyə Ohanyan qeyd edib.
Ermənistanın sabiq müdafiə naziri bildirib ki, müxalifət olaraq KTMT-də hər şeyin onların xoşuna gəlməsi doğru deyil.
“Hərbi-siyasi ittifaqlar təkcə xarici deyil, həm də daxili məsələlərin koordinasiyası, blok daxilində rahat və dinc yaşamaq üçün yaradılır. NATO-nun 70 ildən çox tarixi var və hətta NATO daxilində də problemlər var. Eyni şey KTMT-yə də aiddir, lakin KTMT-nin 30 illik, əməliyyatlar baxımından isə 20 illik tarixi var və bu strukturun daxilində həllini gözləyən problemlər mövcuddur. Müxalifət olaraq KTMT-də hər şeyin bizim xoşumuza gəlməsi doğru deyil. Qərar vermə prosedurları var ki, daha tez həyata keçirilə bilər”, - deyə o əlavə edib.
Alpər Mövludoğlu
Ordu.az