Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan bildirib.
Onun sözlərinə görə, digər iki erməni hərbi qulluqçu sağalmaq üzrədir.
Torosyan onu da bildirib ki, noyabrın 9-u və 23-də Ermənistan-Azərbaycan sərhəd zolağının şərq hissəsində yaralanan erməni hərbi qulluqçuların vəziyyəti stabildir, onlar da bərpa mərhələsindədirlər.
Xatırladaq ki, noyabrın 16-da Göyçə vilayətinin Basarkeçər icması ərazisində Ermənistan Müdafiə Nazirliyinin balasında olan “Kamaz” markalı yük maşını aşıb. Qəza nəticəsində zabit hazırlığı kursunun iştirakçısı 22 yaşlı Qriqor Qriqoryan ölüb, 7 erməni hərbi qulluqçu yaralanıb.
Alpər Mövludoğlu
Ordu.az