Rusiyaya girişinə qadağa qoyulmuş Mayilyan seperatçıların “seçimi”dir?

2022/11/gf45h-1669715205.jpg
Oxunub: 445     16:40     29 Noyabr 2022    
Noyabrın 23-də qondarma qurumda 9 şəxs “tutduqları vəzifə”dən azad edilib, onlardan 4-ü “müvəqqəti icraedici” təyin edilib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Nəşr qeyd edib ki, qondarma qurumda hələlik “təyinat” olmayıb, “nazir yerləri” boş qalıb.

“Hətta “Qarabağın siyasi dairələri”ndə “namizədlər” haqqında heç bir məlumat yoxdur. Bu məsələlər Arayik Harutyunyan-Ruben Vardanyan formatında müzakirə olunur. Ən böyük intriqa “Qarabağın xarici işlər naziri vəzifəsi”dir. Əvvəlcə Vardan Oskanyanın, sonra Ara Ayvazyanın təklif olunduğu xəbəri yayıldı, daha sonra bildirildi ki, adları çəkilən şəxslərə hörmətdən asılı olmayaraq, Arayik Harutyunyan hələ heç kimə təklif verməyib. Son bir neçə gündə bu siyahıya “xarici işlər naziri vəzifəsi”nə daha bir namizədin adı əlavə edilib. Bu, Harutyunyanın “müşaviri, keçmiş xarici işlər naziri” Masis Mayilyandır. O bu yaxınlarda Rusiyanın Ermənistandakı səfiri ilə fotosunu dərc etdirərək Soros dairələri ilə əlaqəsi barədə şayiələrin şişirdildiyini, onun Rusiya ilə heç bir probleminin olmadığını və əvvəlki qadağaların ona şamil olunmadığını göstərib. Xatırladaq ki, Mayilyanın Rusiyaya girişinə qadağa qoyulmuşdu”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Mayilyan   Qondarma-qurum  


Bizi "telegram"da izləyin