Erməni hərbi qulluqçunun anası: “O, yüksək səs eşidir və deyir ki, ana, bu, atışma səsidir?”

2022/11/dfsd4-1669714625.jpg
Oxunub: 329     19:04     29 Noyabr 2022    
“O, yüksək səs eşidir və deyir ki, ana, bu, atışma səsidir?”

Ordu.az xəbər verir ki, bunu əsirlikdən qayıtmış erməni hərbi qulluqçunun anası deyib.

Əsirlikdən qayıdan erməni hərbi qulluçunun valideynləri övladının ciddi psixoloji problemlər əldə etməsindən narahatdırlar.

Erməni hərbi qulluqçunun anası bildirib ki, Ermənistana qayıtdıqdan sonra Müdafiə Nazirliyi keçmiş əsirləri yenidən orduya aparmaq istəyir.

“O, qayıtdıqdan sonra çox depressiyaya düşüb, qorxub, nə baş verdiyinə qərar verə bilmədi, bizi görəndə çox sevinmişdi, deyirdi ki, mən yenicə doğulmuşam. Güclü idi, müqavimət göstərməyi bacarırdı, amma qorxu və depressiya getmir. Evə gəlmişdi, amma özünü təcrid etmişdi, bizimlə ünsiyyət qurmurdu, daim düşünür. Onunla danışırıq, amma cavab vermir, fikri dağılır, unutqanlaşıb. Onu mağazaya göndəririk ki, bir az fikri dağılsın, bir neçə dəfə zəng edib nə alacağını soruşur”, - deyə erməni hərbi qulluqçunun yaxını bildirib.

Valideynlərin dediyinə görə, erməni komandirin ayağı PUA zərbəsi nəticəsində kəsilib, oğulları həmin komandirin yanında olub, qanaxmanı dayandırıb, sonra isə komandirin özünü partladıb yanmağa başladığının şahidi olub.

Erməni hərbi qulluqçunun valideynləri bildiriblər ki, övladları dostunun ölümünün də şahidi olub.

Psixoloq müayinələrdən sonra bu erməni hərbi qulluqçuda psixoloji problemlər aşkarlayıb. Bütün bunların fonunda əsirlikdən qayıdan erməni hərbi qulluqçunun hərbi hospitallarda biganə davranış görməsi valideynləri narahat edir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Əsir  


Bizi "telegram"da izləyin