Erməni hərbi qulluqçunun atası: “Uşağım qanaxmaya düşüb, vaxtında çatdırmayıblar”

2022/11/sdf45-1669714564.jpg
Oxunub: 384     15:20     29 Noyabr 2022    
Sarkis Sarkisyan sentyabrın 13-də baş vermiş döyüşlər zamanı Qızılcıq istiqamətində məhv edilib.

Ordu.az xəbər verir ki, Erməni hərbi qulluqçunun atası Karen Sarkisyanın sözlərinə görə, oğlu köməksiz vəziyyətdə qalıb və ölümcül vəziyyətdə xəstəxanaya aparılıb.

“Vaxtında çatdırılmadığına görə uşaq qanaxmaya düşüb. Hər şey nizamsız olub, vaxtında tibbi yardım göstərə bilməyiblər, həkimin dediyinə görə, xəstəxanaya ürəyi dayanmış vəziyyətdə gəlib. Əməliyyat ediblər, qan veriblər, təzyiqlər tənzimlənməyib, onu İrəvana apara bilməyiblər”, - Karen Sarkisyan bildirib.

Erməni hərbi qulluqçunun atası qeyd edib ki, Qızılcıqdakı döyüş mövqelərinə gedən yol keçilməz olub, oğlu yaralandıqdan iki saat sonra xəstəxanaya aparılıb.

“Bu müddət ərzində yolda olublar, birtəhər mövqelərdən endiriblər, onların dediyinə görə, Qızılcıqdakı yollar keçilməzdir. Ağır yaralıların tez bir zamanda İrəvana gətirilməsi üçün hava yolu niyə istifadə olunmadı?”, - deyə o bildirib.

Ermənistan Müdafiə Nazirliyindən heç kim erməni hərbi qulluqçunun yaxınlarına baş çəkməyib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan/   Erməni-hərbi-qulluqçu  


Bizi "telegram"da izləyin