Ermənistan Müdafiə Nazirliyi keçmiş hərbi əsirlərin taleyinə qarşı biganədir – ƏTRAFLI

2022/11/h78j8-1669714529.jpg
Oxunub: 309     15:12     29 Noyabr 2022    
13-14 sentyabr hərbi əməliyyatlarından sonra əsir götürülmüş və Azərbaycan tərəfindən Ermənistana təhvil verilmiş erməni hərbi qulluqçular yenidən ordu sıralarına çağırılır.

Ordu.az-ın məlumatına görə, onlar hələ reabilitasiya dövrü keçməyiblər, psixoloji olaraq normal həyata qayıtmayıblar, amma yenidən ordu sıralarına çağrılırlar. Onların 17-si 2022-ci ilin sentyabr döyüşlərində əsir düşənlərdir.

Ermənistan Müdafiə Nazirliyi keçmiş hərbi əsirlərin taleyinə qarşı biganədir. Qanunvericilikdə dəyişikliklərin edilməsi və əsirlikdən qayıdanların tərxis olunmasının mümkün olub-olmaması ilə bağlı suala Ermənistan müdafiə naziri Suren Papikyan qısa şəkildə belə cavab verib: “Düşünmürəm”.

Bu o deməkdir ki, Ermənistan Müdafiə Nazirliyi problem barədə ümumiyyətlə düşünmür.

“Forrights.am” nəşrinin Ermənistan MN-dəki mənbələri bildirib ki, 17 keçmiş hərbi əsiri orduda azad etməsələr də, onlardan heç birini hələlik ordu sıralarına çeğırmayıblar.

“Hələlik heç biri hərbi hissəyə getmir. Onların hamısı Mərkəzi Hərbi Həkim Komissiyasında müayinədən keçməlidir. Və bundan əvvəl onlar reabilitasiya dövründən keçməlidirlər. Bunsuz heç kim hərbi xidmətə çağırılmayacaq”, - deyə Ermənistan MN-dən nəşrə bildiriblər.

Lakin məlum olub ki, əsirlikdən qayıdan 17 erməni hərbi qulluqçudan ən azı 4-ü yenidən ordu sıralarına çağırılıb. Ancaq onlardan birinin vəziyyəti kəskin pisləşib və o, xəstəxanaya qaytarılıb. Yeri gəlmişkən, əsirlikdən qayıdan erməni hərbi qulluqçular reabilitasiya müalicəsi almırlar.

Beynəlxalq hüquq üzrə erməni mütəxəssis Ara Qazaryanın sözlərinə görə, belə hallar mümkündür, lakin bu, qanunun qəbul edilməməsi üçün arqument ola bilməz.

Qazaryan təklif edir ki, keçmiş erməni əsirləri hərbi xidmətdən azad etmək istəmirlərsə, heç olmasa keçmiş əsirlərə müəyyən məhdudiyyətlər tətbiq etsinlər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Əsirlər  


Bizi "telegram"da izləyin