Hindistanın keçmiş səfiri Ermənistanla birgə silah istehsalının mümkünlüyünü görür

2022/11/dsff4-1669714394.jpg
Oxunub: 257     14:39     29 Noyabr 2022    
Hindistanın Ermənistandakı keçmiş səfiri Rina Pandey Ermənistanın Hindistandan silah və sursat alması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Ordu.az-ın məlumatına görə, Pandey Ermənistana silah satışı ilə bağlı mətbuatda gedən xəbərlərə toxunaraq bildirib ki, bütün ölkələrin müdafiə sazişləri var.

“Və çox yaxşıdır ki, bizim burada (Ermənistanda – red.) razılaşmamız var. Biz birgə (silah – red.) istehsalda da əməkdaşlıq edə bilərik. Sizin müdafiədə müəyyən təcrübəniz var, bizdə də var, ona görə də bu təcrübəni paylaşaq”, - deyə o qeyd edib.

Hindistanın Ermənistandakı keçmiş səfiri hərbi əməkdaşlıqla bağlı suala cavab olaraq bildirib ki, Ermənistan və Hindistan hərbçilərinin birgə təlimlər keçirməsi yaxşı olardı.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hindistan   Ermənistan  


Bizi "telegram"da izləyin