Ordu.az-ın məlumatına görə, Pandey Ermənistana silah satışı ilə bağlı mətbuatda gedən xəbərlərə toxunaraq bildirib ki, bütün ölkələrin müdafiə sazişləri var.
“Və çox yaxşıdır ki, bizim burada (Ermənistanda – red.) razılaşmamız var. Biz birgə (silah – red.) istehsalda da əməkdaşlıq edə bilərik. Sizin müdafiədə müəyyən təcrübəniz var, bizdə də var, ona görə də bu təcrübəni paylaşaq”, - deyə o qeyd edib.
Hindistanın Ermənistandakı keçmiş səfiri hərbi əməkdaşlıqla bağlı suala cavab olaraq bildirib ki, Ermənistan və Hindistan hərbçilərinin birgə təlimlər keçirməsi yaxşı olardı.
Alpər Mövludoğlu
Ordu.az