Baş müşavir: "ABŞ Azərbaycan-Ermənistan normallaşma prosesinə bütün vasitələrlə dəstək verməyə hazırdır"

2022/11/1669650296.jpg
Oxunub: 629     19:40     28 Noyabr 2022    
"ABŞ Azərbaycan-Ermənistan normallaşma prosesinə bütün vasitələrlə dəstək verməyə hazırdır".

Ordu.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Filip Riker Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşdə deyib.

O, sülh müqaviləsinin elementləri üzrə aparılan danışıqların əhəmiyyət daşıdığını, bölgədə sülh və əmin-amanlığın təmin edilməsinin zəruri olduğunu diqqətə çatdırıb.

Tərəflər, həmçinin ikitərəfli əməkdaşlıq gündəliyinin müxtəlif aspektləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Riker   Bayramov  


Bizi "telegram"da izləyin