Türkiyədə yerli zirehli maşınlar üçün hibrid hərəkət sistemi hazırlanır

2022/11/1669644402.jpg
Oxunub: 311     16:03     29 Noyabr 2022    
Türkiyə Müdafiə Sənayesi Komitəsinin (SSB) təşəbbüsü ilə ölkədə yerli zirehli maşınlar üçün hibrid hərəkət sistemi hazırlanır.

Ordu.az xəbər verir, “Hibrid Hərəkət Sisteminin İnkişafı Layihəsi” 2021-ci ildə başladılıb.

Layihədə əsas şirkət olaraq “BMC Power”, layihə rəhbəri olaraq ASELSAN TKY, subpodratçı qismində isə “Base Studio” şirkətləri fəaliyyət göstərir. Layihənin müddəti 36 ay olaraq müəyyən edilib. Artıq dizayn mərhələsi başlayıb və bu mərhələ başa çatdıqdan sonra istehsal/inteqrasiya, daha sonra sınaq mərhələləri keçiriləcək.

Hibrid hərəkət sistemi ilə zirehli vasitəyə inteqrasiya olunmuş sistemlərin yüksək elektrik enerjisi ehtiyacı qarşılanacaq. Döyüş meydanında isə səssizcə hərəkət edə biləcək, aşağı akustik və termal izlərlə düşmən sistemlərinə görünmə qabiliyyəti azalacaq.

Sevinc Əliyeva

Ordu.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   BMC  


Bizi "telegram"da izləyin