Türkiyədə zirehli texnikalara yerli istehsal “Azra” mühərriki quraşdırılıb

2022/11/1669644377.jpg
Oxunub: 462     19:21     29 Noyabr 2022    
Türkiyənin “BMC Power” şirkəti tərəfindən istehsal edilən “Azra” mühərriklərinin zirehli texnikalara inteqrasiyası başlayıb.

Ordu.az xəbər verir ki, ilkin olaraq mühərriklər BMC şirkəti tərəfindən istehsal edilən 8x8 təkər formullu zirehli personal daşıyıcısına və tank daşıyan vasitələrə quraşdırılıb.

“BMC Power”ın 600 at gücü hasil edən ardıcıl altı silindrli “Azra” mühərriki bu yaxınlarda 45 min km yol testini tamamlayıb.

“Azra” mühərriki 8×8 zirehli maşınlarda və yedək maşınlarında istifadə üçün nəzərdə tutulmuş ardıcıl altı silindrli 12,8 litrlik mühərrikdir.

Sevinc Əliyeva 
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Azra  


Bizi "telegram"da izləyin