Ordu.az xəbər verir ki, qeyd olunan qurumlar döyüş robotlarının prototiplərini sınaqdan keçirəcək və qiymətləndirmə aparacaq.
ASELSAN tərəfindən hazırlanmış “Aslan” platformalarında silah sistemi olaraq yenə ASELSAN tərəfindən hazırlanmış “Sarp-L” uzaqdan idarə olunan döyüş modulu istifadə edilir. Təhvil verilən prototip “Aslan Faz-1” adlandırılıb.
“Aslan”nın müxtəlif imkanlara malik modelləri üzərində işlər davam edir. Bu kontekstdə “Aslan Faz-2” modelinin 2022-ci ilin sonuna qədər hazır olacağı bildirilir.
“Aslan” bir operator tərəfindən idarə olunur və 60 % meylli pilləkənlərlə qalxmaq, xəndəkləri keçmək və sıldırımdan enmək qabiliyyətini nümayiş etdirib. Sistem həmçinin avtonom qabiliyyətə və 3D xəritəçəkmə və GPS-dən asılı olmayaraq missiya planlaması, radar və LIDAR sensorları ilə avtomatik maneələrdən yayınma imkanlarına malikdir.
Sevinc Əliyeva
Ordu.az