Türkiyə daxilində modernləşdirilən F-16 qırıcısı sınaq uçuşları həyata keçirib

2022/11/F-16--1669636672.jpg
Oxunub: 428     15:55     28 Noyabr 2022    
“Özgür” layihəsi çərçivəsində Türkiyənin yerli müəssisələri tərəfindən modernlədşirilən F-16 qırıcısının “Blok 30” konfiqurasiyası sınaq uçuşları həyata keçirib.

Ordu.az xəbər verir ki, sınaq zamanı qırıcıları “Hava Soj” və “Hürkuş” təyyarələri müşayiət edib.

Sınaqda 1 ədəd F-16 “Blok 30” qırıcısı, 2 ədəd “Hürkuş” təyyarəsi, 1 ədəd “Global 6000” təyyarəsi iştirak edib.

“Özgür” layihəsi ilə F-16 təyyarələrinin bir çox kritik komponentləri milliləşdirilir. Layihə çərçivəsində avionikaları modernizasiya edilən ilk F-16 “Blok 30” təyyarəsinin Hərbi Hava Qüvvələri Komandanlığına təhvil verilməsi planlaşdırılır. Modernləşdirmə çərçivəsində F-16 “Blok 30” döyüş təyyarələri milli missiya kompüteri, sistem interfeysi bölməsi, kokpit idarə paneli, yanacaq hidravlik göstəricisi, mühərrik ekranı, dost-düşmən identifikasiya (IFF) sistemi, rəngli çoxfunksiyalı displey, naviqasiya sistemləri ilə təchiz edilib.

“Özgür” layihəsinin F-16 “Blok 40” və “Blok 50” döyüş təyyarələri üçün də həyata keçirilməsi gözlənilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Özgür   Türkiyə  


Bizi "telegram"da izləyin