Ordu.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Komitəsinin sədri İsmail Dəmir məlumat verib.
Layihə çərçivəsində ümumilikdə 19 C-130 təyyarəsinin modernləşdirilməsi planlaşdırılır. Təyyarələrdən artıq 11-cisi təhvil verilib.
2006-cı ilin dekabr ayında Türkiyə hökuməti ilə TUSAŞ şirkəti arasında imzalanan müqavilə çərçivəsində 13 ədəd C-130E və 6 ədəd C-130B nəqliyyat təyyarəsinin avionikləri modernləşdiriləcək.
Layihə çərçivəsində təyyarənin GPS-I, radarları, hərbi və mülki naviqasiya sistemləri təkmiləşdirilir.
Sevinc Əliyeva
Ordu.az